"Santos"un hücumçusu Neymar karyerasını başqa Braziliya klubunda davam etdirə bilər.

Matc.az xəbər verir ki, 33 yaşlı hücumçu ilə ölkəsinin digər klubu "Flamenqo" yaxından maraqlanır.

"Santos" rəhbərliyi isə Neymarla hazırki müqaviləsini daha 1 il uzatmağı düşünür.

"Flamenqo" futbolçunu heyətinə qatmaq niyyətindədir. Hazırda "Flamenqo"nun nümayəndələri Neymar ilə danışıqlar apardığı bilirilir.

Neymarın isə yetirməsi olduğu "Santos" klubundan ayırılıb-ayrılmayacağı ilə bağlı yekun qərar vermədiyi qeyd edilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest