23 Sentyabr 2025, 00:49
FUTBOL
Ötən mövsüm Lissabon "Sportinq"ində çıxış edən "Arsenal"ın hücumçusu Viktor Gyökereş Gerd Müller mükafatını (2024/25 mövsümündə klubun və milli komandanın bombardiri) qazanıb.
İsveçli futbolçu 2024/25 mövsümündə Portuqaliya klubunun heyətində bütün yarışlarda 52 oyun keçirib, 54 qol vurub və 13 məhsuldar ötürmə edib.
Qeyd edək ki, ötən il mükafatı iki ulduz hücumçu – "Bavariya"dan Harri Keyn və Madrid "Real"ından Kilian Mbappe bölüşüb.
Mükafat 2021-ci ilin avqustunda dünyasını dəyişən əfsanəvi alman hücumçusu və 1974-cü il dünya kubokunun qalibi Gerd Müllerin şərəfinə adlandırılıb. O, iki dəfə (1970 və 1972-ci illərdə) "Qızıl top"u qazanıb.