23 Sentyabr 2025, 01:06
FUTBOL
PSJ "Qızıl top" mərasimində 2025-ci ilin ən yaxşı klubu seçilib.
Matc.az xəbər verir ki, ötən mövsüm parislilər Luis Enrikenin rəhbərliyi altında Fransa çempionluğu, Fransa Kuboku və Fransa Superkubokunun qalibi olub.
PSJ finalda "İnter"i 5:0 hesabı ilə məğlub edərək Çempionlar Liqasının da qalibi olub. Komanda həmçinin FİFA klublararası dünya çempionatının finalına çıxıb və burada "Çelsi"yə 3:0 hesabı ilə məğlub olub.
Qeyd edək ki, ötən ilin ən yaxşı klubu İspaniya çempionluğunu, İspaniya Superkubokunu və Çempionlar Liqasını qazanaranan Madrid "Real"ı olmuşdu.