23 Sentyabr 2025, 09:54
FUTBOL
"Real Sosyedad"ın futbolçusu Takefusa Kubo karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.
"Arsenal" yaponiyalı vingeri transfer etmək istəyir. London təmsilçisi 24 yaşlı oyunçu üçün onun klubuna 45 milyon avro təklif edəcək.
Qeyd edək ki, Takefusa Kubo bu mövsüm "Real Sosyedad"ın heyətində keçirdiyi 5 oyunda 1 qol vurub.