Klub bunun üçün 30 milyon avroluq satınalma bəndini işə salacaq.

"Barselona" "Mançester Yunayted"dən icarəyə götürdüyü Markus Reşfordu komandada saxlamaq istəyir.

Matc.az xəbər verir ki, bu barədə "Star" nəşri məlumat yayıb.

Kataloniya təmsilçisi ingiltərəli vingerin transfer hüquqlarına yiyələnəcək. Klub bunun üçün 30 milyon avroluq satınalma bəndini işə salacaq.

Qeyd edək ki, "Barselona" Markus Reşfordu mövsümün əvvəlində icarəyə götürüb. 28 yaşlı futbolçu komandanın heyətində keçirdiyi 6 oyunda 2 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest