UEFA İspaniyanın "Atletiko" klubunun baş məşqçisi Dieqo Simeoneyə qarşı intizam işi açıb.

Matc.az xəbər verir ki, buna argentinalı mütəxəssisin Çempionlar Liqasının I turunda "Liverpul"la oyunda azarkeşlə mübahisə etməsi səbəb olub.

Qarşılaşmanın sonlarında Simeone ingilis azarkeşə qarşı nalayiq jesti ilə diqqət çəkib və onunla mübahisə edib. Nəticədə qırmızı vərəqə ilə cəzalanan mütəxəssis ehtiyat oyunçular skamiyasından qovulub. O, bu davranışını azarkeşlərin təxribatları ilə əlaqələndirib.

Qeyd edək ki, qarşılaşma "Liverpul"un 3:2 hesablı qələbəsi ilə bitib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest