"Yuventus" "Milan"ın yarımmüdafiəçisi Ruben Loftus-Çik ilə maraqlanır.

Matc.az xəbər verir ki, bu barədə "TuttoMercatoWeb" məlumat yayıb.

Bildirilir ki, Turin klubu yarımmüdafiə xəttini gücləndirmək istəyir. Qısa siyahıda bir neçə ad var, o cümlədən Sandro Tonali. Bununla belə, "Nyukasl"ın yarımmüdafiəçisi "Yuventus" üçün çox baha ola bilər, Loftus-Çik isə pul və futbolçunun səviyyəsi baxımından cəlbedici görünür.

29 yaşlı italiyalının "Milan"la müqaviləsi 2027-ci ilin yayına qədərdir və onun transfer dəyəri 10 milyon avro olaraq qiymətləndirilir. Loftus-Çik 2023-cü ilin yayından İtaliya klubunda çıxış edir və bu mövsüm bütün turnirlərdə beş matçda bir qol vurub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest