23 Sentyabr 2025, 21:41
FUTBOL
Niderlandlı mərkəz yarımmüdafiəçisi Frenki de Yonqun tezliklə "Barselona" ilə yeni müqavilə imzalayacağı gözlənilir.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "El Mundo Deportivo" paylaşıb.
Bildirilir ki, kataloniyalılarla futbolçunun təmsilçisi arasında danışıqlar tam sürətlə gedir, lakin əsas detallar artıq razılaşdırılıb. Gələn ilin yayında başa çatacaq müqavilənin daha 3 mövsüm uzadılması gözlənilir. Klub həmçinin 28 yaşlı futbolçunu klubun inkişafının vacib hissəsi hesab edir.
Qeyd edək ki, de Yonq 2019-cu ilin yayında "Barselona"ya "Ayaks"dan keçib və yeddi il ərzində Kataloniya klubunun heyətində bütün turnirlərdə 263 oyun keçirib, 19 qol vurub və 23 məhsuldar ötürmə verib.