"Barselona"nın və İspaniya millisinin yarımmüdafiəçisi Qavi uzun müddətə sıradan çıxıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı gənc menisküs yırtığının bərpa etmək üçün artroskopik əməliyyat keçirdib. Onun bərpa müddəti təxminən 4-5 ay çəkəcək.

Bu, Qavinin ilk diz problemi deyil. 2023/24 mövsümündə yarımmüdafiəçinin diz bağları yırtılmışdı və o zaman gənc yarımmüdafiəçi bir il yaşıl meydanlardan uzaq qalmışdı.

Qeyd edək ki, Qavi bu mövsüm iki oyuna çıxıb, bir məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest