"Nyukasl"ın və Niderland millisinin sabiq qapıçısı Tim Krul karyerasını başa vurduğunu açıqlayıb.

Matc.az xəbər verir ki, qolkiper bu barədə sosial media hesabında məlumat paylaşıb.

Krul peşəkar debütünü 2006-cı ildə "Nyukasl"da edib və 2017-ci ilə qədər ingilis klubunun qapısını qoruyub. Bu müddət ərzində qapıçı həmçinin Carlayle, Ajax, AZ Alkmaar və Brighton-da icarəyə götürdü.

Krulun karyerasına son klubu "Luton" olub.

O, 2011-2021-ci illərdə Niderland millisinin heyətində 15 oyun keçirib və 16 qol buraxıb.

Krul iki dəfə Çempionşipin, bir dəfə gənclər arasında Avropa çempionatının qalibi olub və 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatında bürünc medal qazanıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest