24 Sentyabr 2025, 20:06
FUTBOL
La Liqanın prezidenti Xavyer Tebas "Barselona"nın 18 yaşlı futbolçusu Lamin Yamala "Qızıl top"un verilməməsi ilə bağlı açıqalma verib.
Matc.az xəbər verir ki, o, Yamalın yaşı az olduğu üçün bu mükafata layiq görülmədiyini deyib.
"Əgər onun yaşı 23-dən yuxarı olsaydı, əminəm ki, o da bu mükafatı qazanardı, lakin o, daha kiçik olduğu üçün ona digər mükafatı (Copa Trophy) verdilər".
Xatırladaq ki, 2024/25 mövsümündə "Qızıl top"un qalibi PSJ-nin və Fransa yığmasının 28 yaşlı hücumçusu Usman Dembele olub.