"Nitsa"nın braziliyalı müdafiəçisi Dante Avropa Liqası tarixində meydana çıxan ən yaşlı oyunçusu olub.

Matc.az xəbər verir ki, o, Liqa mərhələsinin ilk turunda "Roma"ya qarşı oyunda Fransa komandasının kapitanı kimi start heyətdə yer alıb.

Dante meydana 41 yaş, 11 ay və 6 günündə meydana çıxıb. O, oktyabrın 18-də 42 yaşını qeyd edəcək.

Qeyd edək ki, bunda öncə Avropa Liqasında rekord "Betis"in yarımmüdafiəçisi Xoakində (41 yaş, 7 ay, 23 gün) olub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest