"Penaltiyə görə məğlub olduq. Bunun penalti olub-olmadığına əmin deyiləm. Mövsümün qalan hissəsinə köklənməliyik".

"Liverpul" UEFA Çempionlar Liqası Liqa mərhələsinin II turunda səfərdə "Qalatasaray"a 0:1 hesabı ilə məğlub olub.

Matc.az xəbər verir ki, İngiltərə təmsilçisinin müdafiəçisi İbrahima Konate oyundan sonra açıqlama verib. Fransalı futbolçu "sarrı-qırmızılar"a məğlubiyyətin sürpriz nəticə olmaadığını bildirib:

"Qalatasaray"a uduzmaq sürpriz deyil. Çox güclü rəqibdir, onlara qarşı oynamaq çətindir. Çılğın azarkeşləri və stadionun möhtəşəm atmosferi var. Bunları bilirdik. Amma məyusuq. Penaltiyə görə məğlub olduq. Bunun penalti olub-olmadığına əmin deyiləm. Mövsümün qalan hissəsinə köklənməliyik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest