"İnter Mayami"nin ulduz hücumçusu Lionel Messi müqaviləsi başa çatdıqdan sonra klubu tərk etmək fikrində deyil.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Fabrisio Romano məlumat yayıb.

Argentinalı ulduz MLS klubu ilə yeni müqavilə imzalamağa yaxındır və son detallar hazırda yekunlaşmaq üzrədir.

Qeyd olunur ki, Messi karyerasını davam etdirmək və ya karyerasını bitirmək üçün başqa variantları nəzərdən keçirmir.

Bu mövsüm forvard bütün turnirlərdə 35 oyun keçirib, 29 qol vurub və 17 məhsuldar ötürmə edib. Bu, ona MLS-də qol yarışında liderlik etməyə imkan verib.

Xatırladaq ki, Messi 2025-ci il mövsümündə ən çox maaş alan ikinci futbolçudur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest