"Həmin oyunda üç xal qazanmaq istəyirik".

"Qarabağ"ın hücumçusu Kamilo Duran açıqlama verib. 

Matc.az xəbər verir ki, kolumbiyalı futbolçu komandasının Misli Premyer Liqasının 8-ci turunda "Turan Tovuz"(2:1) üzərində qazandıqları qələbəni şərh edib:

"Birinci hissəyə çox pis başladıq. Bunun da nəticəsi kimi ilk hissəni məğlub bitirdik. "Turan Tovuz"un da haqqını vemrək lazımdır. Onlar yaxşı və çətin rəqib idi. İkinci hissədə vəziyyəti dəyişməyə çalışdıq. Meydana da bu istəklə çıxmışdıq. İstədiyimizə də çatdıq. Çünki tablodakı rəqəmləri dəyişmək bizim üçün vacib idi. Önəmli üç xal qazandıq".

O, meydanda olduğu vaxtda özünü vinger, yoxsa hücumçu kimi daha yaxşı hiss etməsi barədə isə bunları deyib: "Baş məşqçi məni hansı mövqedə oynadarsa, əlimdən gələni edəcəm ki, həmin mövqedə komandama daha çox xeyir verim. Fərqi yoxdur, cinahda oynadım, yoxsa hücumda çıxış etdim. Əsas odur ki, komandaya xeyir verim".

Çempionlar Liqasının 3-cü turunda "Atletik"in qonağı olacaq "Qarabağ"ın gözləntilərini də açıqlayıb: "Aydın məsələdir ki, "Atletik" haqda əlavə şərhə ehtiyac yoxdur. Onlar güclü komandadır, biz də bunu bilirik. Amma buna baxmayaraq, biz Bilbaoya məqsədimizə çatmaq üçün yollanacağıq. Hansı ki, həmin oyunda üç xal qazanmaq istəyirik".

(Sportal.az)

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest