"Çelsi" bu qış heyətini gücləndirmək istəyir və əsas hədəfi "Latsio"nun sol cinah müdafiəçisi Nuno Tavareşdir.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Transfer News Live" yayıb.

"Çelsi" yayda 25 yaşlı portuqaliyalını almağa çalışıb, lakin "Latsio" 43,5 milyon funt-sterlinq qiymət təyin edib. London klubu bu rəqəmin çox olduğunu hesab edib və danışıqlar nəticəsiz başa çatıb.

İndi "Çelsi" "Latsio" rəhbərliyi ilə razılığa gəlməyə və transferi qışda başa çatdırmağa ümid edir.

Qeyd edək ki, Tavareş bu mövsüm A Seriyasında 6 oyun keçirib, lakin qol vurmayıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest