16 Oktyabr 2025, 09:39
FUTBOL
Türkiyə nəhəngi "Fənərbaxça" 2025/26 mövsümündən sonra Levandovski ilə müqavilə imzalayaraq böyük bir transfer planlaşdırır.
Matc.az xəbər verir ki, bu barədə "Fanatik" məlumat yayıb.
İstanbul klubu "Barselona"nın hücumçusu Robert Levandovskini transfer etmək üçün strategiya hazırlayır.
37 yaşlı polşalının kataloniyalılarla müqaviləsi 2026-cı il iyunun 30-na kimidir və bundan sonra "Fənərbaxça" ulduz forvardı Türkiyəyə dəvət etmək niyyətindədir.
Qeyd edək ki, Levandovskinin agenti müqaviləsi başa çatdıqdan sonra klub dəyişikliyi ehtimalına işarə edərək, onun "Barselona"da qalmasını şübhə altına alıb.