Azərbaycan millisi Belçika yığmasını 3 cavabsız qolla məğlub edib.
Bakıda amputant futbolu üzrə Millətlər Liqasının C qrupuna start verilib.
Matc.az xəbər verir ki, "Bayıl Arena"da 5 komandanın - Azərbaycan, Belçika, İsrail, Ukrayna və Niderland millisinin iştirakı ilə təşkil olunan turnirin ilk günündə 3 oyun keçirilib.
Matçlardan əvvəl açılış mərasimi olub. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov və Dünya Amputant Futbol Federasiyasının prezidenti Mateuş Vidlak yarışın önəmindən bəhs edib və iştirakçılara uğurlar arzulayıblar.
Ardından oyunlar keçirilib. Açılış matçında Azərbaycan millisi Belçika yığmasını 3 cavabsız qolla məğlub edib.
İlk günün nəticələri:
Azərbaycan – Belçika – 3:0
Qollar: Fərhad Əyyubov (2), Sənan Hacıyev
İsrail – Ukrayna – 2:0
Qollar: Yoav Tsarfati, Ben Maman
Niderland – Belçika – 5:0
Qollar: Rikardo Yas (2), Leroy Pelzer (2), Uesli van İnqen
Qeyd edək ki, qrupun digər oyunları oktyabrın 18-19-da keçiriləcək.