Koul Palmerdən başqa "Çelsi"nin daha bir futbolçusu uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.

Matc.az xəbər verir ki, müdafiəçi Benua Badyaşilin zədəsi ciddidir. Bu barədə komandanın baş məşqçisi Entso Mareska məlumat yayıb.

Fransalı mərkəz müdafiəçisi dekabr ayına kimi komandaya kömək edə bilməyəcək.

Qeyd edək ki, "Çelsi" UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın qonağıdır. Komandalar arasındakı oyun oktyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest