Misli Premyer Liqasında 9-cu tura start verilir.
Matc.az xəbər verir ki, turun oyunları 3 gün ərzində baş tutacaq.
İlk matç Şamaxı şəhər stadionunda keçiriləcək. Burada "Karvan-Yevlax" "Turan Tovuz"u qəbul edəcək. Qarşılaşmanın start fiti saat 14:30-da səsləndiriləcək. Yevlax təmsilçisi 8 turdan sonra 5 xalla turnir cədvəlinin 11-ci pilləsindədir. Ötən tur "Qarabağ"a uduzan "Turan Tovuz" isə 15 xalla 2-ci yerdədir.
Mövsümə uğursuz start verən, ilk qələbəsini ötən tur qazanan "Kəpəz" "İmişli" ilə üz-üzə gələcək. Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşma saat 17:00-da başlayacaq. Meydan sahibləri 3 xalla sonuncu yerdədir. "İmişli" isə 9 xalla 8-cidir.
İkinci oyun gününün ilk görüşü "Bank Respublika Arena"da olacaq. Burada "Sabah" "Araz-Naxçıvan"ı qəbul edəcək. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan kollektivlərin dueli 16:00-da start götürəcək. "Araz-Naxçıvan" 15 xalla 3-cü sıradadır. Onlardan 1 xal geri olan "Sabah"ın 4-cü pillədə qərarlaşıb.
Cari mövsümdə ilk məğlubiyyətini 8-ci turda "Sabah"dan alan "Zirə" bu tur "Sumqayıt"ı sınağa çəkəcək. Zirə Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunacaq oyunun başlaması saat 18:30-a planlaşdırılıb. "Sumqayıt" 14 xalla 5-ci pillədədir. "Zirə" isə 1xal az toplayıb və 6-cıdır.
Son oyun günündə də iki qarşılaşma olacaq. Öncə "Qəbələ" ilə "Neftçi" münasibətlərə aydınlıq gətirəcək. Matç saat 16:00-da Qəbələ şəhər stadionunda keçiriləcək. Hücum xəttini Vensan Abubakarla gücləndirən "ağ-qaralar" 8 turdan sonra 9 xal toplayıb və turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. "Qəbələ" 5 xalla 10-cu sıradadır.
Tura "Qarabağ" - "Şamaxı" görüşü ilə yekun vurulacaq. UEFA Çempionlar Liqasında "Atletik"ə məğlub olan Ağdam təmsilçisi ölkə çempionatında liderdir. Onların 16 xalı var. Qonaqlar 9 xalla 7-ci pillənin sahibidir. Qarşılaşma "Azersun Arena"da baş tutacaq və saat 18:30-da start götürəcək.
Misli Premyer Liqası
IX tur
24 oktyabr (cümə)
“Karvan-Yevlax”– “Turan Tovuz”
Hakimlər: Elvin Bayramov, Şirmamed Mamedov, Kərim Zeynalov, Əli Əliyev
VAR: Əliyar Ağayev
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Nəriman Axundov
Şamaxı şəhər stadionu, 14:30
“Kəpəz” – “İmişli”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, İslam Məmmədov
VAR: Cavid Cəlilov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Eldar Məmmədov
Qəbələ şəhər stadionu, 17:00
25 oktyabr (şənbə)
“Araz-Naxçıvan” – “Sabah”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Rəhman İmami, Kamranbəy Rəhimov
VAR: Rəvan Həmzəzadə
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Emin Cəfərov
“Bank Respublika Arena”, 16:00
“Zirə” – “Sumqayıt”
Hakimlər: Rauf Cabarov, Kamran Bayramov, Tərlan Talıbzadə, Əkbər Əhmədov
VAR: Fərid Hacıyev
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Zirə İdman Kompleksinin stadionu, 18:30
26 oktyabr (bazar)
“Qəbələ” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Cəmil Quliyev, Vüqar Həsənli
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Qəbələ şəhər stadionu, 16:00
“Qarabağ” – “Şamaxı”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Azersun Arena”, 18:30