“Real”ın, “Valensiya”nın və İspaniya millisinin sabiq qapıçısı Xose Manuel Oçotorena 64 yaşında vəfat edib.

Matc.az xəbər verir ki, bu barədə “kral klubu”nun rəsmi saytı məlumat yayıb:

“Real" Futbol Klubu, onun prezidenti və Direktorlar Şurası Xose Manuel Oçotorenanın vəfatı ilə bağlı dərin hüzn hissi keçirir. Klub, sabiq komanda yoldaşlarına, yaxınlarına və oynadığı bütün klublara başsağlığı verir”.

Oçotorena “Real”da 1982–1988-ci illərdə altı mövsüm çıxış edib. Bu müddət ərzində o, iki dəfə UEFA Kubokunu, üç dəfə İspaniya çempionluğunu və Liqa Kubokunu qazanıb. O, “Real”dan başqa, “Valensiya”, “Tenerife”, “Loqronyes” və “Rasinq Santanderd” klublarında da oynayıb.

Həmçinin qolkiper 1990-cu ildə İtaliyada keçirilən dünya çempionatında İspaniya millisinin heyətində yer alıb.

Futbolçu karyerasını başa vurduqdan sonra Oçotorena “Valensiya” və “Liverpul”da, eləcə də 2004–2021-ci illərdə İspaniya millisində qapıçılar üzrə məşqçi kimi çalışıb. Milli komanda ilə o, bir dünya çempionluğu və iki Avropa çempionluğu qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest