"Çelsi" və Belçika millisinin keçmiş oyunçusu Eden Hazard İngiltərə Premyer Liqasının "Şöhrət zalı"na daxil edilib.
Matc.az xəbər verir ki, bu barədə İngiltərə Premyer Liqasının mətbuat xidməti məlumat yayıb.
Hazard əfsanəvi "Mançester Yunayted"in keçmiş müdafiəçisi və kapitanı Qari Nevilldən sonra Premyer Liqanın "Şöhrət zalı"na daxil edilən 24-cü, 2025-ci ildə isə ikinci oyunçu olub.
Qeyd edək ki, 34 yaşlı belçikalı 2012-ci ildən 2019-cu ilə qədər "Çelsi"də oynayıb. O, ümumilikdə 245 oyun keçirib, 85 qol vurub və 58 məhsuldar ötürmə edib.
2019-cu ildə Hazard 100 milyon avroya "Real"a keçib, lakin tez-tez zədə aldığı üçün istədiyini orada tapa bilməyib. O, 2023-cü ilin yayında karyerasını başa vurub. Son zamanlar Hazard həvəskar səviyyədə velosiped idmanı ilə fəal şəkildə məşğul olur.











_1761757625.jpg)
