25 Oktyabr 2025, 20:46
FUTBOL
"Araz-Naxçıvan" - "Sabah" oyunu mübahisəli hakim qərarı ilə yadda qalıb. Belə ki, matçın son dəqiqəsində, "Sabah" hesabda 2:1 öndə olduğu zaman oyunun baş hakimi Rəşad Əhmədov "Sabah"ın qapısına cərimə zərbəsi təyin edib.
Matc.az xəbər verir ki, məhz bu cərimə zərbəsindən sonra hesab bərabərləşib və oyun 2:2 hesablı heç-heçə ilə nəticələnib.
Oyundan sonra "Sabah" rəsmi səhifələrində həm bu epizodu, həm də "Sumqayıt"la matçda (1:1) şübhəli şəkildə qeydə alınmamış qolun videosunu "-4" başlığı ilə paylaşaraq, hakimlərin bu oyunlarda komandanın 4 xalını əlindən aldığına işarə edib.












