"Yaxşı qarşılaşma oldu. Əsas məqsədimiz daha az forma şansı əldə edən futbolçuları oynatmaq idi".
"Sumqayıt" Bizon Azərbaycan Kubokunun II təsnifat mərhələsində "Zaqatala"nı 3:0 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib.
Matc.az zəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Saşa İliç oyundan sonra klubun mətbuat xidmətinə açıqlama verib:
“Yaxşı qarşılaşma oldu. Əsas məqsədimiz daha az forma şansı əldə edən futbolçuları oynatmaq idi. Xüsusilə ilk hissədə 2:0 önə keçdikdən sonra oyunun nəzarətini əlimizdə saxlamağa və zədələrdən qaçmağa çalışdıq. İkinci hissədə isə dəyişikliklər edərək digər oyunçuların tonusda qalması üçün şans yaratdıq. Hesab 3:0 olsa da, düşünməzdim ki asan qələbə oldu. Lakin istənilən halda növbəti mərhələyə vəsiqə qazandığımız üçün sevincliyik. “Zaqatala”ya isə növbəti oyunlarda uğurlar arzu edirik”.







_1761757625.jpg)

_1761752761.jpg)


