"Vest Hem" qış "transfer pəncərəsi" ərzində "Mançester Yunayted"in iki oyunçusunu icarəyə götürməyi düşünür.

Matc.az xəbər verir ki, bu barədə Fabrisio Romano məlumat yayıb.

Bildirilir ki, sözügedən oyunçular ingilis yarımmüdafiəçi Kobbi Meyn və niderlandlı hücumçu Coşua Zirkzeedir. Lakin "Mançester Yunayted" hələ icarə danışıqlarına başlamağa hazır deyil.

Baş məşqçi Ruben Amorim onların bu mövsüm start heyətə düşməkdə çəkinik çəkməsinə baxmayaraq, hər iki oyunçunu saxlamaq istəyir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest