"Cenoa"nın futbolçusu Morten Frendrup İtaliya A Seriyasında klubunu dəyişə bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur məlumat yayıb.

"Yuventus", "İnter" və "Roma" danimarkalı yarımmüdafiəçini transfer etmək istəyir. Klubu 24 yaşlı oyunçunu 25-30 milyon avroya satmağa hazırdır.

Qeyd edək ki, Morten Frendrup bu mövsüm "Cenoa"nın heyətində keçirdiyi 11 oyunda 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest