03 Noyabr 2025, 11:14
MPL
“Neftçi” Misli Premyer Liqasının 2025/26 mövsümündə ilk böyükhesablı qələbəsini qazanıb.
Matc.az xəbər verir ki, bu, X turun “Kəpəz”lə ev oyununa təsadüf edib. “Ağ-qaralar” 5:1 hesabı ilə qalib gəlib.
Bu, Bakı klubunun ən azı bir böyükhesablı qələbə qazandığı 32-ci mövsümdür. Paytaxt təmsilçisi yalnız iki dəfə - 2009/10 və 2015/16 mövsümlərində üç və ya daha çox top fərqi ilə qələbə qazanmayıb. Bir komandanın 32 fərqli mövsümdə belə qələbə qazanması Azərbaycan çempionatlarında yeni rekorddur.












