03 Noyabr 2025, 14:56
FUTBOL
UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Ayntraxt" ciddi itki ilə üzləşib.
Matc.az xəbər verir ki, Frankfurt təmsilçisinin hücumameyilli yarımmüdafiəçisi Can Uzun sıradan çıxıb.
Türkiyəli futbolçu 9-cu turunun "Haydenhaym"la matçında zədələnib. 19 yaşlı oyunçu təxminən 5 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Can Uzun bu mövsüm komandanın heyətində keçirdiyi 14 oyunda 6 qqol vurub, 4 qol ötürməsi edib.
Qeyd edək ki, "Qarabağ"ın "Ayntraxt"la oyunu gələn il yanvarın 21-də Bakıda baş tutacaq.












