10 Noyabr 2025, 13:54
MPL
Gənc məşqçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. O, karyerasını İtaliyanın "Fiorentina" klubunun əsas komandasında məşqçi kimi davam etdirəcək.
Kristian Sebalyos "Sabah"ın məşqçilər korpusundan ayrılıb.
Matc.az xəbər verir ki, bu barədə Masazır təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Gənc məşqçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. O, karyerasını İtaliyanın "Fiorentina" klubunun əsas komandasında məşqçi kimi davam etdirəcək.
Qeyd edək ki, Sebalyos 2021-2024-cü illərdə "Sabah"da futbolçu kimi çıxış edib. O, bu ilin yayından əsas komandamızın məşqçilər korpusunun üzvü idi.












