01 İyul 2026, 12:35
FUTBOL
"Zirə" Bolu şəhərində təşkil olunan yay hazırlıq prosesində növbəti yoxlama görüşünü keçirəcək.
"Zirə" Bolu şəhərində təşkil olunan yay hazırlıq prosesində növbəti yoxlama görüşünü keçirəcək.
Matc.az xəbər verir ki, qəsəbə təmsilçisi qardaş ölkədəki üçüncü sınağında "Fatih Karagümrük" kollektivi ilə qarşı qüvvəsini sınayacaq.
İstanbul təmsilçisi ilə matçın start fiti Bakı vaxtı ilə saat 19:00-da səslənəcək.
Qeyd edək ki, Rəşad Sadıqovun yetirmələri Türkiyədəki əvvəlki yoxlama matçlarında məğlubiyyətlə üzləşiblər. Paytaxt klubu Özbəkistanın "Navbahor" komandasına 1:3, "İğdır" klubuna isə 3:4 hesabı ilə məğlub olub.













