Fransa millisinin baş məşqçisi Didye Deşam mundialda 17-ci qələbəsini qazanaraq dünya çempionatlarında tarixi rekorda imza atıb.

Fransa millisinin baş məşqçisi Didye Deşam mundialda 17-ci qələbəsini qazanaraq dünya çempionatlarında tarixi rekorda imza atıb.

Matc.az xəbər verir ki, Fransa onun baş məşqçiliyi altında 2018-ci ildə dünya çempionatının qalibi olub, 2022-ci ildə isə gümüş mükafat qazanıb.

Turnir start götürdüyü andan bəri əvvəlki rekord Almaniya Federativ Respublikasının yığmasına rəhbərlik etmiş Helmut Şönə məxsus idi. Onun aktivində 16 qələbə var idi.

57 yaşlı Deşam Fransa yığmasına 2012-ci ildən rəhbərlik edir.

Qeyd edək ki, dünya çempionatı ABŞ, Meksika və Kanadada keçirilir. Turnir iyunun 11-də başlayıb və iyulun 19-da başa çatacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest