"Ağ-qaralar" qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar iyunun 20-si, 25-i və 30-da baş tutacaq. Ayın 30-dakı rəqib Ukraynanın "Vorskla" (Poltava) klubu olacaq. Digər rəqiblər haqda daha sonra ətraflı məlumat veriləcək.

"Neftçi" yeni mövsümə hazırlığı davam etdirir. Matc.az saytının məlumatına görə, gündə iki dəfə məşq edən komandanın düşərgəsinə bu gün yeni transfer Voislav Stankoviç də qoşulub.

"Türk Hava Yolları Futbol Mərkəzi"ndə baş tutan məşqlərdə toplu çalışmalar və müxtəlif təmrinlər yerinə yetirilib.

Hazırlığın ilk mərhələsinə sabah səhər məşqi ilə yekun vurulacaq.

Komanda iyunun 15-i səhər saatlarında təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyəyə yola düşəcək. İyulun 1-dək Topuk yaylası bölgəsində yerləşən "Fenerbahçe Topuk Yaylası Resort and Sport" otelində məskunlaşacaq "ağ-qaralar" qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır.

Oyunlar iyunun 20-si, 25-i və 30-da baş tutacaq.

Ayın 30-dakı rəqib Ukraynanın "Vorskla" (Poltava) klubu olacaq.

Digər rəqiblər haqda daha sonra ətraflı məlumat veriləcək. (klub saytı)

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest