13 Noyabr 2025, 09:24
FUTBOL
İtaliya "Roma" klubu bu qış hücum xəttini gücləndirmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
"Roma"nın baş məşqçisi Can Pyero Qasperini komandanın oyunçularının, xüsusən də ən azı bir ay meydandan kənarda qalan ukraynalı hücumçu Artem Dovbıkın zədələrindən narahatdır və gücləndirilmiş heyət tələb edir.
Hazırda gücləndirmə üçün prioritet seçim 12 oyundan yalnız beşində iştirak edən "Mançester Yunayted"in hücumçusu Coşua Zirkzeedir.
Transferin dəyəri təxminən 6-7 milyon avro qiymətləndirilir və onun klubu ilə müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.












