"Barselona"nın sabiq baş məşqçisi Xavi Kataloniya klubu ilə bağlı açıqlama verib.

Matc.az xəbər verir ki, o, komandada işlədiyi vaxt yüksək standartları qoruya bilmədiyini etiraf edib.

"Mən "Barsa"da məşqçilik karyerama oyunçular və klub üçün yüksək standartlar qoymaqla başladım. Klub elə bir dövrdən keçirdi ki, çox tələbkar deyildi. Amma mənim səhvim bu yüksək standartları cəmi 1 il - gəldiyim andan La Liqa və Superkuboku qazanana qədər (2022/2023 mövsümündə) saxlamaq idi.

Bir müddət sonra özümə tənqidi yanaşaraq "Mənə nə oldu?" deyə bildim. Bu yüksək standartları aşağı saldım və oyunçular artıq eyni münasibəti, eyni hörməti, eyni əzmi itirdilər. Standartlar o qədər aşağı düşdü ki, son mövsümümdə heç bir uğur əldə edə bilmədik. Bundan çox şey öyrəndim. Özünə tənqidi yanaşmaq lazımdır", - deyə Xavi bildirib.

Qeyd edək ki, 45 yaşlı mütəxəssis 2021-ci ildən 2024-cü ilə qədər "Barselona"nı çalışdırıb. Onun rəhbərliyi altında komanda İspaniya Liqasını və Superkubokunu qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest