"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola 2026-cı ilin yayında klubdan ayrılmağı düşünür.
Matc.az xəbər verir ki, bu barədə "The Times" nəşri məlumat yayıb.
Bildirilir ki, 54 yaşlı ispaniyalı mütəxəssis Mançester klubu ilə müqaviləsinin 2027-ci ilin iyun ayının sonuna qədər olmasına baxmayaraq, mövsümün sonunda gələcəyini yenidən nəzərdən keçirəcək.
Həmçinin bildirilib ki, Qvardiola klubdan gedərsə, Vinsent Kompani ("Bavariya", Münhen), Roberto De Zerbi ("Marsel") və Andoni İraola ("Bornmut") onu əvəz edə bilər.
Pep Qvardiola 2016-cı ilin yayından bəri "Mançester Siti"yə rəhbərlik edir. Bu müddət ərzində o, komanda ilə altı Premyer Liqa titulunu və 2023-cü il Çempionlar Liqasını qazanmaq da daxil olmaqla 18 kubok qazanıb.












