13 Noyabr 2025, 22:56
FUTBOL
PSJ mərkəz müdafiəçisi Villian Paçonun müqaviləsini uzadıb.
Matc.az xəbər verir ki, bu barədə jurnalist Fabris Hokins məlumat yayıb.
Paço ilə yeni müqavilə 2030-cu ilin yayına qədər nəzərdə tutulub. Klub adətən eyni vaxtda bir neçə oyunçunun transferini elan etdiyi üçün rəsmi açıqlama tezliklə veriləcək.
Qeyd edək ki, Paço Paris klubuna 2024-cü ilin yayında 40 milyon avroya "Ayntraxt"dan transfer olunub. Bu mövsüm o, 13 matçda bir qol vurub.












