"Arsenal"ın əsas müdafiəçisi Qabriel Maqalhaes zədə səbəbindən bir-iki ay oynaya bilməyəcək.

Matc.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.

27 yaşlı oyunçu Braziliya millisində oynayarkən zədə alıb. O, Seneqala 2:0 hesabı ilə başa çatan yoldaşlıq oyununun 65-ci dəqiqəsində əvəzlənib.

Müayinə zamanı sağ budunda əzələ zədəsi aşkar edilib. Müalicə planını dəqiqləşdirmək üçün oyunçu bir neçə əlavə müayinədən keçməlidir.

Qeyd edək ki, bu mövsüm braziliyalı mərkəz müdafiəçisi "Arsenal"da 17 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest