Qarşılaşmanın Yevlax şəhər stadionunda keçirilmə ehtimalı var. Gəncə təmsilçisi bununla bağlı Peşəkar Futbol Liqasına müraciət edib.

"Kəpəz" Misli Premyer Liqasının 13-cü turunun "Zirə" ilə ev oyununu fərqli məkanda keçirə bilər.

Matc.az xəbər verir ki, qarşılaşmanın Yevlax şəhər stadionunda keçirilmə ehtimalı var. Gəncə təmsilçisi bununla bağlı Peşəkar Futbol Liqasına müraciət edib.

Ot örtüyü dəyişdirilən Yevlax şəhər stadionunda ilk oyun noyabrın 21-də baş tutacaq. Həmin matç meydan sahibi "Karvan-Yevlax"la "Kəpəz" arasında keçiriləcək.

Qeyd edək ki, "Kəpəz" mövsümün ilk dövrəsində ev oyunlarını Qəbələ şəhər stadionunda keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest