"Betis"in 33 yaşlı yarımmüdafiəçisi İsko klubla yeni müqavilə imzalayıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yeni müqavilə 2028-ci ilin yayına qədər nəzərdə tutulub, lakin maliyyə detalları açıqlanmayıb.

Qeyd edək ki, İsko 2023-cü ilin yayında "Betis"ə qoşulub. Ötən mövsüm ispaniyalı futbolçu bütün yarışlarda 33 oyun keçirib, 12 qol vurub və 11 məhsuldar ötürmə edib.

O, bu mövsümün əvvəlində zədə alıb və ilk dəfə bu gün "Jirona"ya qarşı oyunda meydana çıxıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest