"Aston Villa" və Argentina milli komandasının qapıçısı Emiliano Martines karyerasını "İnter"də davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.
33 yaşlı argentinalı ötən yay "Aston Villa"dan ayrılmağa yaxın olub, lakin onun "Mançester Yunayted"ə transferi baş tutmayıb. Martines ingilis klubundan yanvar ayında ayrıla bilər, lakin "Aston Villa" onu yalnız yerini dolduracaq qapıçı tapdıqa buraxacaq. Bu, "Mançester Siti"dən Ceyms Trafford ola bilər.
"İnter" hazırda qapıçı mövqeyini gücləndirmək üçün axtarışdadır. Yann Sommerin müqaviləsi 2026-cı ilin yayına qədərdir. Milan klubu tezliklə 37 yaşı tamam olacaq veteranla davam etmək istəyib-istəmədiklərindən əmin deyil. Müqavilənin uzadılması yalnız isveçrəlinin ehtiyat qapıçı kimi xidmət etməyə razı olması halında mümkündür.
Qeyd edək ki, Martinesin transfer dəyəri 16 milyon avro olaraq qiymətləndirilir və klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir.












