19 Noyabr 2025, 17:24
FUTBOL
"Turan Tovuz" PFK ilə SÜHB FK arasında əməkdaşlıqla bağlı razılıq əldə olunub.
Matc.az xəbər verir ki, "Turan Tovuz" PFK SÜHB Futbol Klubuna uşaq futbolunun inkişafı sahəsindəki fəaliyyətinə dəstək verəcək.
Bakı və yaxın ərazidə yerləşən "turançılar", həmçinin futbolla məşğul olmaq istəyən uşaqlar SÜHB FK-da keçirilən məşqlərdən yararlana bilərlər. Həmçinin klub uşaqlarının gələcəkdə "Turan Tovuz" Futbol Akademiyasına seçilmək şansları da yüksək olacaq.
Məlumat üçün qeyd edək ki, SÜHB FK-nın rəhbəri uzun müddət “Turan Tovuz”da çıxış etmiş və klubun kapitanı olmuş Kamal Bayramovdur.







_1763570628.jpg)




