15 Dekabr 2025, 09:19
FUTBOL
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanın İngiltərə Premyer Liqasının 16-cı turunda "Kristal Pelas" üzərində 3:0 hesablı qələbəsi onun komandasının üç və ya daha çox qol vurduğu 150-ci çempionat oyunu olub. Bu uğura çatmaq üçün ona 358 oyun lazım olub.
Matc.az xəbər verir ki, bu barədə "Mançester Siti"nin rəsmi saytı məlumat yayıb.
Beləliklə, Qvardiola Aleks Ferqyusonun 522 oyunda 149 qələbə rekordunu keçib.
Qeyd edək ki, Qvardiola 2016-cı ildən "Mançester Siti"yə rəhbərlik edir. Bu mövsüm "Mançester Siti" 16 turdan sonra 34 xal toplayıb və turnir cədvəlində ikinci yerdə qərarlaşıb. Eyni sayda oyunla lider "Arsenal"la fərq 2 xaldır.












