Avropa Liqasında qrup mərhələsinin III turunda "Vorskla"nı qəbul edən Azərbaycan çempionu meydanı məğlubiyyətlə tərk edib.

"Bugünkü məğlubiyyət bizi məyus etdi". Matç.az saytının məlumatına görə, bunu "Qarabağ"ın yarımmüdafiəçisi Filip Ozobiç deyib.

Avropa Liqasında qrup mərhələsinin III turunda "Vorskla"nı qəbul edən Azərbaycan çempionu meydanı məğlubiyyətlə tərk edib.

Qarşılaşmadan sonra fikirlərini bildirən Ozobiç qələbə üçün dəqiqlik çatmadığını vurğulayıb: "Fikrimcə, biz "Vorskla"dan daha yaxşı oynadıq. Rəqib cəmi bir hücum etdi və onda da qol vuraraq qalib gəldi. Qələbə qazanmağımız üçün bizdə dəqiqlik çatmadı. Halbuki meydana qalibiyyət üçün çıxmışdıq. Sadəcə, alınmadı. Bunu unudub, qarşıdakı matçları düşünməliyik. Qrup mərhələsində hələ 3 oyunumuz qalır. Həmin görüşlərdə yaxşı çıxış edib, uğurlu nəticələr qazanmağa çalışacağıq".

Xorvatiyalı orta sahə oyunçusu "Vorskla"nı səfərdə məğlub edəcək gücdə olduqlarını düşünür: "Vorskla" ilə səfər görüşü barədə hələ düşünmürük. Ukraynada qələbə qazana bilərik. Amma bu barədə danışmaq üçün hələ tezdi. Ondan əvvəl başqa oyunlarımız olacaq. Hələ ki, onlara hazırlaşacağıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest