Mərakeş yığmasının baş məşqçisi Məhəmməd Uahbi dünya çempionatının 1/16 final mərhələsində Niderland üzərində qazanılan qələbəyə münasibət bildirib.
Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis bunun asan bir mübarizə olmadığını, lakin komandasının tamamilə layiq olduğu bir mərhələni geridə qoyduğunu vurğulayıb.
"Bu, çox yaxşı bir komandaya qarşı ağır bir qarşılaşma, çətin bir duel idi. Lakin etiraf etmək lazımdır ki, biz oyunda tamamilə dominantlıq etdik. Biz 70% topa sahib olduq, daha çox zərbə endirdik, daha çox şans yaratdıq və oyuna daha yaxşı nəzarət etdik".
Qarşılaşmada mərakeşlilər yalnız əlavə olunmuş vaxtda hesabı bərabərləşdirərək oyunu xilas edə biliblər. Yekunda isə onlar penaltilər seriyasında 3:2 hesabı ilə qalib gəliblər.
Bu nəticə ilə Niderland millisinin inanılmaz seriyası da davam edib. Belə ki, komanda ardıcıl dördüncü dəfədir ki, dünya çempionatını əsas vaxtda heç bir məğlubiyyət almadan tərk edir.
Qeyd edək ki, 1/8 final mərhələsində Mərakeş yığması Kanada komandası ilə qarşılaşacaq. Həmin matç iyulun 4-də baş tutacaq.




_1782817983.jpeg)








