01 Yanvar 2026, 17:04
FUTBOL
Millinin hücumçusu artıq fərdi məşqlərə başladığı üçün vaxtından əvvəl meydana qayıda bilər.
II Bundesliqanın XII turunun “Herta” ilə oyununda (Berlin) 0:1 zədələnən “Kayzerslautern”in futbolçusu Mahir Emrelinin bərpa prosesi daha da sürətli gedir.
Matc.az xəbər verir ki, millinin hücumçusu artıq fərdi məşqlərə başladığı üçün vaxtından əvvəl meydana qayıda bilər.
O, gələn həftə topla məşqlərə start verəcək. Azərbaycan millisinin üzvünün ən pis halda 2-ci Bundesliqanın qarşıdakı iki turunu buraxacağı ehtimal edilir.
2-ci Bundesliqanın növbəti turuna yanvarın 16-da start veriləcək.












