"Kristal Pelas" Brennan Consonun transferi üçün "Tottenhem" ilə razılığa gəlib.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs məlumat yayıb.

Tərəflər 24 yaşlı hücumçunun 35 milyon funt-sterlinqə transferi üçün razılığa gəliblər, lakin hazırda futbolçunun razılığını gözləyirlər.

Conson qərar verməyə tələsmir, çünki "Bornmut" və "Everton" da onunla maraqlanır.

İngilis futbolçu bu mövsüm bütün turnirlərdə 22 oyun keçirib və 4 qol vurub. "Trasnfermarkt" Consonu 35 milyon avro dəyərində qiymətləndirir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest