09 Yanvar 2026, 11:14
FUTBOL
"Fənərbaxça" "Latsio"nun yarımmüdaffiəçisi Matteo Qenduzini transfer edib.
Matc.az xəbər verir ki, bu barədə İstanbul nəhənginin mətbuat xidməti məlumat yayıb.
Türkiyə klubu fransalı futbolçu üçün qarşı tərəfə 29 milyon avro təzminat ödəyəcək. "Fənərbaxça" 26 yaşlı oyunçu ilə 4,5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Matteo Qenduzi bu mövsüm "Latsio"nun heyətində keçirdiyi 17 oyunda 2 qol vurub, 1 qol ötürməsi edib.












