"Barselona"nın cinah oyunçusu Lamin Yamal dekabr ayı üçün La Liqanın ən yaxşı oyunçusu seçilib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı La Liqanın mətbuat xidməti yayıb.

Yamal bu ada ardıcıl ikinci aydır ki, layiq görülür.

Dekabr ayında Kataloniya klubu beş uğurlu çempionat oyunu keçirib. "Atletiko" (Madrid) (3:1), "Betis" (5:3), "Osasuna" (2:0), "Vilyarreal" (2:0) və "Espanyol" (2:0) komandalarını üzərində qələbə qazanıblar. Yamal bu nəticələrə töhfə verib və həmin matçlarda 2 qol vurub.

Bu mövsüm Lamin "Barselona"nın heyətində bütün yarışlarda 22 oyun keçirib, 9 qol vurub və 9 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest