"Latsio" heyətini Niderlandın "Ayaks" klubunun 23 yaşlı yarımmüdafiəçi Kennet Teylorla gücləndirib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, gənc futbolçusunun transfer qiyməti təxminən 17 milyon avro olub.

Qeyd edək ki, Teylor "Ayaks"ın yetirməsidir. Amsterdam klubunda 182 oyunda yarımmüdafiəçi 36 qol vurub və 27 məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest