12 Yanvar 2026, 19:01
MPL
"Zirə"nin qollarını Rövlan Muradov (2) və Namik Ələskərov vurub.
Türkiyədə təlim məşq toplanışında olan "Zirə" bu gün ilk hazırlıq matçını keçirib.
Matc.az xəbər verir ki, "qartallar" Rumıniyanın "Çiksereda" klubu ilə üz-üzə gəlib. 6 qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşməyib.
"Zirə"nin qollarını Rövlan Muradov (2) və Namik Ələskərov vurub.
Qeyd edək ki, "Zirə"nin Antalya toplanışı 17 yanvar tarixinə kimi davam edəcək. "Qartallar" ayın 16-da Ukraynanın “Aleksandriya” və Çexiyanın “Bohemians 1905” klubları ilə qarşılaşacaq.












